Sabunçuda “Zil” qaçıran qəsəbə sakini saxlanılıb

Gündəm 23 Yanvar 2020 12:45 Oxunub 700
Sabunçuda “Zil” qaçıran qəsəbə sakini saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakının Sabunçu rayonunda maşın qaçıran şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Sabunçu qəsəbə sakini S.Quliyev yanvarın 13-də qəsəbə ərazisindən “Zil” markalı avtomobilinin qaçırıldığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin yanvarın 22-də Hacıqabul-Horadiz yolunun 92-ci kilometrliyində hərəkətdə olması müəyyən edilib. Görülmüş tədbirlərlə BDYPİ-nin əməkdaşları tərəfindən nəqliyyat vasitəsi saxlanılıb, onu idarə edən S.Quliyevlə birgə İmişli RPŞ-yə təhvil verilib.

Araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh