Miqrantların olduğu qayıq çevrildi: 10 nəfər itkin düşüb

Gündəm 23 Yanvar 2020 13:00 Oxunub 796
Miqrantların olduğu qayıq çevrildi: 10 nəfər itkin düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda insidentin baş verdiyi ərazidə əməliyyat-axtarış tədbirləri keçirilir

İndoneziyanın qərbində qayığın çevrilməsi nəticəsində azı 10 nəfər itkin düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Sumatra adası sahillərində qeydə alınıb. Bu barədə yanvarın 23-də “The Star” qəzeti məlumat verib.

Məlumata görə, gəminin göyərtəsində 20 nəfər olub. Onlardan yalnız 10-unu xilas edilib, digər 10 nəfəri isə itkin düşmüş hesab edilir. 

Bildirilir ki, qayıq qanunsuz miqrantlar daşıyıb və onlar Malayziyaya iş axtarmaq uçun gedirlərmiş.

Hazırda insidentin baş verdiyi ərazidə əməliyyat-axtarış tədbirləri keçirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh