Almaniyada məktəbli avtobusu uçuruma yuvarlandı: ölən və yaralananlar var

Qəzalar 23 Yanvar 2020 13:15 Oxunub 921
Almaniyada məktəbli avtobusu uçuruma yuvarlandı: ölən və yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb

Almaniyada məktəbli avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə ölkənin Türinqiy torpaqlarında qeydə alınıb. Bu barədə yanvarın 23-də “MDR” telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, təxminən 20 məktəblinin olduğu avtobus yolun buzlu və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq uçuruma yuvarlanıb.

İlkin nəticələrə əsasən, azı 2 nəfər vəfat edib, bir neçəsi də ağır xəsarətlər alıb.

Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh