Bakı polisi insanlara bıçaqla hücum edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Gündəm 23 Yanvar 2020 13:30 Oxunub 773
Bakı polisi insanlara bıçaqla hücum edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Jurnalistlərin suallarına 24 saat ərzində hər hansı bir məhdudiyyət yaradılmadan tərəfimizdən cavablandırılır

Bakıda restorandan çıxan şəxsin ətrafdakı insanlara bıçaqla hücum etməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Rəis qeyd edib ki, tərəflər arasında yaranan mübahisə Əhməd Rəcəbli küçəsində avtomobil yolunda sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib:

"Bıçaqla hücüm edilməsi faktı təsdiqini tapmayıb. 

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır. Araşdırmanının nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək". 

Elşad Hacıyev jurnalistlərə tövsiyə edib ki, bu və ya digər halda polisin fəaliyyət sahəsində dair məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər. 

"Jurnalistlərin suallarına 24 saat ərzində hər hansı bir məhdudiyyət yaradılmadan tərəfimizdən cavablandırılır", - Bakı polisinin sözçüsü əlavə edib.

Qeyd edək ki, mətbuatda yer alan məlumatlarda mübahisənin Əhməd Rəcəbli küçəsində yerləşən “Karvan Pub”da düşdüyü və davanın həmin iaşə obyektin qarşısında baş verdiyi bildirilirdi.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh