16 yaşlı oğlan evə getmək üçün 3 maşın qaçırdı, amma evə piyada getdi - FOTO

Avtosfer Foto 23 Yanvar 2020 14:45 Oxunub 2268
16 yaşlı oğlan evə getmək üçün 3 maşın qaçırdı, amma evə piyada getdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis şöbəsinə gətirilən yeniyetmə törətdiyi əməli etiraf edib

Rusiyanın Xantı-Mansiysk muxtar dairəsində 16 yaşlı oğlan gecə klubundan çıxdıqdan sonra evə getmək üçün 3 maşın qaçırıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, yeniyetmə qaçırdığı avtomobillərin heç biri ilə evinə gedib çıxa bilməyib, o, sonda evinə piyada getməli olub. Ancaq ertəsi gün onun evinə polislər gəlib.

Polis şöbəsinə gətirilən yeniyetmə törətdiyi əməli etiraf edib.

Onun sözlərinə görə, o, qonşu qəsəbədə yerləşən gecə klubuna taksi ilə gəlib, bir müddət əyləndikdən sonra oranı tərk edib və evə gəzərək getməyə qərar verib. Ancaq, bir az irəlilədikdən sonra havanın soyuq olduğunu hiss edərək maşın axtarmağa başlayıb. Yolunun üstündə qapıları açıq, açarı üstündə “VAZ-2114” markalı avtomobil görüb və ona əyləşərək təxminən 200 metr getikdən sonra sükan idarəetməsini itirərək yol kənarına düşüb. Gənc nəqliyyat vasitəsinin üzərindəki açarı götürərək yoluna davam edib. O, eyni vəziyyətdə (qapısı açıq, üzərində açar) olan bu dəfə başqa bir markanın “VAZ-2113”ün sükanı arxasına keçib və onu da arxaya verərkən buz kütləsinə ilişib. Yeniyetmə bu avtomobildən də uzaqlaşıb. Bir müddət getdikdən sonra daha bir “VAZ-2114” rastlaşıb. O, birinci nəqliyyat vasitəsindən götürdüyü açarla, maşının baqaj hissəsindən salona daxil olaraq mühərriki işə salıb. Lakin bu dəfə də onun bəxti gətirməyib, avtomobil yenə də buz yığınına ilişib və o evə piyada getməyə məcbur olub.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

 

Namiq Musayev

 

+

ŞƏRH YAZ
Ad

E-mail

Şərh