Bu yolda hərəkətin təşkilində ciddi nöqsanlar var - FOTO

Xəbərlər 15 Yanvar 2020 15:05 Oxunub 1551
Bu yolda hərəkətin təşkilində  ciddi nöqsanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü və piayadalar bundan əziyyət çəkir

Bakı-Ələt yolunda quraşdırılmış nişanlarla bağlı redaksiyamıza tez-tez müraciətlər daxil olur. Avtosfer.az xəbər verir ki, adıçəkilən yolda təşkil edilmiş nizamlanmayan piyada keçidlərinin bəzisində nişanlanma xətləri yoxdur. Nişanlanma xətti olan keçidlərdə isə yol nişanı zolağın bilavasitə qarşısında quraşdırılmayıb. Həmin yolda yerləşən YPX postunda da piyada keçidini bildirən nişan piyada zolağından 20-30 metr əvvəldə quraşdırılıb. Bu isə standartlara uyğun deyil. Məlumatverici-göstərici nişan piyada zolağının bilavasitə qarşısında quraşdırılmalıdır. 

Qeyd edək ki, həmin postda təşkil edilmiş piyada keçidini bildirən 1.14.1 nişanlanma xətti lüzumsuz olaraq ard-arda çəkilib. Nizamlanmayan piyada keçidinin bu cür təşkil edilməsi qanunvericiliyə ziddir. Piyadaların sıx hərəkəti olan yollarda piyadaların istiqaməti bildirilməklə 1.14.2 nişanlanma xətti çəkilməlidir. Bu postda intensiv piyada hərəkəti olmadığı üçün piyada zolağı bir dəfə çəkilməklə təşkil edilməli idi.

Hərəkətin təşkilində olan nöqsanlardan biri də postun ərazisindəki sürəti bildirən nişanlarla bağlıdır. Belə ki, postda xidmət aparan əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə hərəkət sürətini 60 km/saat sürətə endiriblər. Lakin postu keçdikdən sonra nə 3.25 nişanı, nə də ki, əvvəli hərəkət rejimini müəyyən edən 3.24 nişanı quraşdırılıb. Sürücülər məcbur olub növbəti yolayrıcına kimi 60 km/saat sürətlə hərəkət etməli olurlar. 

Ümid edirik ki, hərəkətin təşkilinə nəzarət edən şəxslər bu nöqsanların aradan qaldırılması istiqamətində işlər görəcək.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh