Bakıda ölümə gedən iki avtoş sürücü: ŞOK HADİSƏ - VİDEO

Avtoreyd 23 Yanvar 2020 16:18 Oxunub 2628
Bakıda ölümə gedən iki avtoş sürücü:  ŞOK HADİSƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu sürücülər mütləq həbs olunmalıdır

Bakıda yüksək sürətlə hərəkət edən iki avtoş sürücünün görüntüsünü oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, yanvarın 22-də, təxminən saat 19:53 radələrində Nobel prospektində biri "Niva" markalı olmaqla iki avtomobil yüksək sürətlə Sadıqcan küçəsinin kəsişməsini qırmızı işıqda keçib. Hərəkət sürəti o qədər yüksək olub ki, avtomobillərdən birinin marka və modeli kameraya düşməyib. Həmin vaxt yolayrıcının digər istiqamətindən yaşıl işıqda kəsişməyə daxil olan "Mercedes" markalı avtomobilin sürücüsü bir neçə saniyə tez daxil olsaydı ölüm qaçılmaz olacaqdı. 

Bu iki sürücü nə özlərinin, nə də ki, yolda olan digər hərəkət iştirakçılarının həyatını düşünür. Qəzalar da məhz bu cür sürücülərə görə baş verir. Onlar elə düşünür ki, heç vaxt qəzaya düşməyəcəklər və yaxud qəza olsa heç vaxt ölməyəcəklər və ya öldürməyəcəklər. Yol terrorunda qurban olan insanların səbəbkarı bu düşüncəyə malik olan sürücülərdir.  Qəza olandan sonra isə ya ölürlər, ya da ki, dəmir barmaqlıqlar arasına düşürlər. 

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh