Gəncədə itkin düşən məktəbli qız Bakıda tapılıb

Gündəm 23 Yanvar 2020 18:58 Oxunub 973
Gəncədə itkin düşən məktəbli qız Bakıda tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gülçin Məmmədova tapılaraq ailəsinə təhvil verilib

Gəncə şəhərində itkin düşən 10-cu sinif şagirdi Bakıda tapılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, bina 119B, mənzil 7 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Gülçin Məmmədova Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Gəncə şəhəri 39 saylı tam orta məktəbin 10-cu sinif şagirdi olan G.Məmmədova yanvarın 21-də əmisigilə getmək adı ilə evdən çıxıb və günlərlə ondan xəbər alınmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh