Ən çox satılan lüks avtomobillərin - SİYAHI

Avtoxəbər 24 Yanvar 2020 10:15 Oxunub 2219
Ən çox satılan lüks avtomobillərin - SİYAHIsı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2019-cu ildə rusiyalılar 1312 ədəd yeni lüks avtomobil əldə ediblər

Ötən il Rusiya bazarlarında “Luxury” seqmentində olan yeni avtomobillərin satışı 2018-ci illə müqayisədə 10,2 faiz azalıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Avtostat” analitik agentliyi məlumat verib.

Məlumata görə, 2019-cu ildə rusiyalılar 1312 ədəd yeni lüks avtomobil əldə ediblər. Alıcıların ən populyar markası “Mercedes-Benz Maybach S-Class”, ardınca isə “Bentley”, “Rolls-Royce” olub.

Həmçinin ən populyara avtomobilləri siyahısına “Lamborghini”, “Maserati”, “Ferrari” və “Aston Martin” düşüb.

Lüks avtomobillərin əksəriyyətini paytaxt və Moskva ətrafı şəhər və rayon, qalan hissəsini isə Sankt-Peterburq, Krasnodar və Sverdlovsk əyalətlərinin sakinləri alıblar.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh