Tovuzda avtomobil qatarla toqquşdu: xəsarət alanlar var - FOTO

Qəzalar 24 Yanvar 2020 06:05 Oxunub 1143
Tovuzda avtomobil qatarla toqquşdu: xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Tovuzda minik maşını qatarla toqquşub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dondar Quşçu keçidində qeydə alınıb. "VAZ" markalı minik maşını dəmir yolu keçidini keçən zaman qatarla toqquşub. Hadisə zamanı 1994-cü il təvəllüdlü İsmaylov İsmayıl Vahid oğlu və 1985-ci il təvəllüdlü Əliyev Hüseyn Əkbər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh