Bakıda iki avtomobil toqquşub, bir nəfər ağır xəsarət alıb

Qəzalar 24 Yanvar 2020 09:15 Oxunub 911
Bakıda iki avtomobil toqquşub, bir nəfər ağır xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza Çin səfirliyinin yaxınlığında qeydə alınıb

Nəsimi rayonunda bir nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Çin səfirliyinin yaxınlığında qeydə alınıb. Səfirliyin yaxınlığında iki minik avtomobili toqquşub.

Nəticədə avtomobillərdən birinin sürücüsü, 1990-cı il təvəllüdlü Cəfərov Müşfiq Əfsər oğlu ağır xəsarət alıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh