DYP əməkdaşını öldürmək istəyən şəxslərlə bağlı məhkəmə qərarı elan olunub

Gündəm 24 Yanvar 2020 12:00 Oxunub 771
DYP əməkdaşını öldürmək istəyən şəxslərlə bağlı məhkəmə qərarı elan olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qərara görə, onların şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində paytaxtda Dövlət Yol Polisi (DYP) əməkdaşını öldürməyə cəhddə təqsirli bilinən Elçin İbrahimov və Elman Sadıxovun barələrindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Hakim Habil Məmmədovun sədrilk etdiyi kollegiyanın icraatında qərar çıxarılıb.

Qərara görə, onların şikayəti təmin edilməyib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbrahimov 17 il, E.Sadıxov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2018-ci il iyunun 14-də Maştağa qəsəbəsində baş verib. İttihama görə, təqsirləndirilən şəxslər DYP əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb.

E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib.

Sürücü yol polisinin tələbinə əməl etməyib. O, əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun ayaq nahiyəsindən bıçaq zərbəsi endiriblər.

Həmin şəxslər daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyəsindən vurublar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh