"Bugatti" 1 milyonluq modeli satışa çıxarılacaq - FOTO

Avtodünya 24 Yanvar 2020 12:55 Oxunub 2488
"Bugatti" 1 milyonluq modeli satışa çıxarılacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bugatti" şirkəti ildə 100 avtomobil istehsal edir

"Bugatti" şirkətinin rəhbərliyi yeni model buraxmaq barədə ətraflı məlumat verib. Avtosfer.az xəbər verir ki, yeni model praktik və gündəlik istifadə üçün  nəzərdə tutulur. Eyni zamanda "Bugatti" "Wolksvagen" şirkəti ilə yeni model haqqında danışıqlar aparır.  Nəzərdə tutulan avtomobil komfort baxımından "Chiron" modelindən geri qalmayacaq.

Şirkətdən bildirilib ki, yeni model dördyerli, elektrik gran-tur və ya krossover sinifinə aid ola bilər. Avtomobilin qiyməti isə 500 min avrodan başlayacaq və 1 milyona qədər artacaq.

Qeyd edək ki, hazırda "Bugatti" şirkəti ildə 100 avtomobil istehsal edir. Yeni modelin gəlişi ilə bu rəqəm 600-700 ədəd avtomobil arta bilər. 

Xatırladaq ki, 2019-cu ilin sentyabr ayında "Bugatti" öz model sıralarında krossover sinfinə aid dizaynda avtomobil buraxmaq istədiyini açıqlamışdı. Lakin şirkət dəfələrlə krossover buraxmayacağı barədə də məlumat vermişdi.

 

Nazim Nadiroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh