Bibiheybət yolunun istifadəyə veriləcəyi tarix açıqlandı

Gündəm 24 Yanvar 2020 13:00 Oxunub 768
Bibiheybət yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bibiheybət yolunda görülən işlərin cari ilin may ayının sonuna qədər yekunlaşıdırlması nəzərdə tutulub

Bibiheybət yolunun tam istifadəyə veriləcəyi tarix açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, Bibiheybət yolunda aparılan tikinti-bərpa işləri mayın sonuna qədər yekunlaşıdırılacaq:

“Bu gün Bibiheybət yolunda bərpa işləri davam etdirilir. Görülən işlər Agentliklə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və xarici mütəxəssislərin iştirakı ilə hazırlanan layihə əsasında davam etdirilir.

Layihəyə görə, aparılan bərpa və tikinti işləri nəticəsində həmin yolun iki hərəkət zolağı yeni il ərəfəsində istifadəyə verildi. Digər iki hərəkət zolağının isə təmir işləri hələ davam edir.

Xatırladım ki, yamacın iki hissəsində soy əsaslı dəmir beton istinad divarları inşa ediləcək. Bu istiqamətdə yamacın aşağı hissəsində artıq işlər başlayıb. İstinad divarları üçün iki cərgə olmaqla bir metr diametrində svaylar vurulur.

Divarının inşaasına hazırlıq işləri artıq başlayıb. Yaxın zamanlarda yamacın orta hissəsində də təmir işləri aparılacaq. Daha sonra isə yolun tam bərpası mümkün olacaq. Bibiheybət yolunda görülən işlərin cari ilin may ayının sonuna qədər yekunlaşıdırlması nəzərdə tutulub”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh