Qaxda yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO

Qəzalar 24 Yanvar 2020 13:15 Oxunub 931
Qaxda yol qəzası olub, iki nəfər xəsarət alıb   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" un Şimal-qərb bürosunun məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, "Opel" və "VAZ" markalı avtomobillər yolda hərəkətdə olan zaman toqquşub. Nəticədə "VAZ" markalı avtomobildə olan sərnişinlər - rayonun Tasmalı kənd sakini, 1954-cü il təvəllüdlü Kərimova Çimnaz Nəzir qızı və Lələpaşa kənd sakini, 1991-ci il təvəllüdlü Əzizxanov Ruhi Telman oğlu xəsarət alıb. 

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh