Ötən il Azərbaycana “Lada” avtomobillərin idxalı 40% artıb

Avtoxəbər 24 Yanvar 2020 13:45 Oxunub 1668
Ötən il Azərbaycana “Lada” avtomobillərin idxalı 40% artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“AvtoVAZ” avtomobil istehsalı şirkəti 2019-cu ildə 50 min ədədə yaxın avtomobil ixrac edib.

2019-cu il ərzində Rusiyadan Azərbaycana  1 600 ədəd “Lada” avtomobili gətirilib.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, daha əvvəlki ilin nətincələri ilə müqayisədə 40% çoxdur.

Ümumilikdə isə “AvtoVAZ” avtomobil istehsalı şirkəti 2019-cu ildə 50 min ədədə yaxın avtomobil ixrac edib. Bu da 2018-ci ilin nəticələri ilə müqayisədə 32% çoxdur. 

Rusiya avtomobillərinin əsas idxalçısı Belarus olub. Belə ki, ötən ildə bu ölkəyə 16 min ədəd Rusiya avtomobili idxal edilib ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 53% çoxdur.

Qazaxıstana da ötən il “Lada” avtomobillərinin idxalı daha əvvəlki illə müqayisədə 14% artaraq 15 min ədəd təşkil edib. Bu ölkələrdə “Lada” №1 brend hesab edilir və onların bu ölkələrdəki payı müvafiq olaraq 25,7 və 21,8% təşkil edir. 

Qeyd edək ki, ötən ilin yazında “AvtoVAZ” Monqolustan bazarına daxil olub. Bundan başqa, 2019-cu ildə Rusiya avtomobillərinin yeni nəsil “LADA Granta” modelinin Misirdə istehsalına və satışlarına başlanılıb.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh