Qadın 9-cu mərtəbədən yerə çırpıldı: durub gəzməyə başladı - VİDEO

Avtosfer TV 24 Yanvar 2020 14:56 Oxunub 1507
Qadın 9-cu mərtəbədən yerə çırpıldı: durub gəzməyə başladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstintaq komitəsi araşdırmalara başlayıb

Rusiyanın İzluçinsk şəhərində çoxqatlı binadan düşən qadının görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, kadrlarda binanın 9-cu mərtəbəsindən bir nəfərin yerə çırpıldığı və az sonra da qalxaraq hərəkət etdiyi görülür.

Bildirilir ki, o, yumşaq qar yığınının üzərinə düşərək sağ qalıb. 27 yaşlı qadının xəsarətləri təzə olduğundan ağrını bir müddət sonra hiss edib və hazırda o, xəstəxanaya yerləşdirilib.

Xantı-Mansiysk muxtar dairəsinin istintaq komitəsi, yanvarın 21-də baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh