“Toyota” və “Lexus” 82641 avtomobili geri çağırır

Avtoxəbər 24 Yanvar 2020 18:20 Oxunub 1549
“Toyota” və “Lexus” 82641 avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buna səbəb ön şüşəni yuyan cihazın forsunkasında yaranan nasazlıqdır

Yaponiyanın avtokonserni “Toyota” və “Lexus” Rusiyadan 82641 avtomobili geri çağırır. Avtosfer.az xəbər verir ki, buna səbəb ön şüşəni yuyan cihazın forsunkasında yaranan nasazlıqdır. Bu barədə “Rosstandart” məlumat verib.

Məlumata görə, çağırışa, 2015-ci ilin dekabrından bu günə kimi VİN-kod tətbiqinə görə istehsaldan çıxan, “Toyota Highlander”, “Land Cruiser Prado”, “RAV4” və “Lexus RX200T”, “RX350”, “RX450H” markalara şamil edilir.

Qeyd edilir ki, forsunkanın içindəki qısdırıcını saxlayan bərkidici, konstruktiv xüsusiyyətə malikdir: onun və forsunka gövdəsi arasında boşluq yarana bilər.

Nəticədə, suyun buzlanma əleyhinə reagentlərlə birgə qızdırıcı elementə daxil olmasına səbəb ola bilər və bundan sonra da yanğın baş verə bilər.

Avtomobillərdə sözü gedən nasazlıq aradan qaldırılaraq daha modernləşdirilmişləri ilə əvəz olunacaq. Avtomobil sahibləri üçün işlər pulsuz həyata keçiriləcək.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh