İki “Toyota”nın toqquşduğu ağır yol qəzasının - VİDEOsu

Avtosfer TV 24 Yanvar 2020 20:00 Oxunub 1549
İki “Toyota”nın toqquşduğu ağır yol qəzasının - VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı 2 nəfər ölüb, daha 2-si isə xəstəxanaya yerləşdirilib

Rusiyanın Tomsk əyalətində iki minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasının görüntüləri videoregistrator tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 17-də Krivoşeinsk rayonunda baş versə də, video bu gün yayımlanıb.

Qəza törədən 73 yaşlı sürücünün idarə etdiyi “Toyota Carina” markalı minik avtomobilinin təhlükəsizlik kamerasına düşən kadrlarda, “Carina”nın hərəkətdə olduğu və qəfildən idarəetmədən çıxaraq əks zolaqdan gələn “Toyota Corona” ilə toqquşduğu görülür.

Nəticədə hər iki nəqliyyat vasitəsində olan iki sərnişin hadisə yerində dünyasını dəyişib, sürücülər isə xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh