Tovuzda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

Qəzalar 24 Yanvar 2020 23:15 Oxunub 1601
Tovuzda yol qəzası baş verib, 4 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxanı kəndində qeydə alınıb.

İki minik maşınının toqquşması nəticəsində 4 nəfər – 1965-ci il təvəllüdlü Düz Xırdaxan kənd sakini Hümbətova Gülbəniz Mahal qızı ,1954-cü il təvəllüdlü Düz Cırdaxan Kənd sakini Hümbətov Çingiz İsgəndər oğlu ,1992-ci il təvəllüdlü Cəli kənd sakini Əhmədov Tacəddin Leysan oğlu və 1993-cü il təvəllüdlü Allahverdiyev Gündüz Çingiz oğlu xəsarət alıb.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh