Türkiyədə güclü zəlzələ: 19 ölü, 782 yaralı - VİDEO

Gündəm 25 Yanvar 2020 07:47 Oxunub 1087
Türkiyədə güclü zəlzələ: 19 ölü, 782 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fəlakət bölgəsində Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib

Türkiyənin Elazığ və Malatya şəhərində baş verən güclü zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı 19 nəfərə çatıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə “Anadolu” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

Qeyd olunub ki, yeraltı təkanlar nəticəsində 772 (Malatya - 221, Elazığ - 551) nəfər xəsarət alıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, fəlakət bölgəsində Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.

Zəlzələ bölgəsinə 1.689 çadır, 1.656 çarpayı və 9.200 ədyal çatdırılıb. Mobil operatorlar Elazığ və Malatyada pulsuz fəaliyyət göstərir.

 

02:50***

 

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, təbii fəlakət nəticəsində 553 nəfər xəsarət alıb. Nazir bildirib ki, Elazığda 13 nəfər, Malatyada isə 5 nəfər dünyasını dəyişib.

Ərazidə yeddi günlük fasiləsiz axtarış-xilasetmə işləri elan olunub.

 

01:05***

 

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Qeyd olunub ki, Malatyada 6, Elazığda isə 8 nəfər dünyasını dəyişib.

 

01:14***

 

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Malatyada ölənlərin sayı beş nəfərə çatıb. Bunu şəhərin qubernatoru Aydun Barış bəyan edib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 90 nəfər xəsarət alıb. Bununla da Malatya və Elazığda ölənlərin sayı 8 nəfərə çatıb, xəsarət alanların sayı isə 300-ü ötüb. Bundan öncə, Malatyada üç, Elazığda isə üç nəfər dünyasını dəyişmişdi.

 

00:30***

 

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 225 nəfər yaralanıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Qeyd olunub ki, Malatyada üç, Elazığda isə üç nəfər dünyasını dəyişib. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

 

***23:14 - 24.01.2020

 

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər həyatını itirib, 84 nəfər yaralanıb. Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, Malatyada iki, Elazığda iki nəfər ölüb.

Onun sözlərinə görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb: "Həmin binada yaşayış olub. Xilasedicilər hadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz".

Eyni zamanda zəlzələdən zərər görmüş yaşayış binalarının birində qaz sızıntısı səbəbindən partlayış olub. Partlayışdan sonra binada yanğın baş verib. Partlayış nəticəsində xəsarət alanlarla bağlı hələ ki məlumat yoxdur.

 

22:50***

 

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində 4-5 binada dağıntı olub. Bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, dağıntılar nəticəsində iki nəfər yaralanıb.

Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu isə bildirib ki, hazırda dağıntıların olub-olmaması ilə bağlı araşdırma aparılır: "Əməkdaşlarımız hadisə yerindədir"-deyə, o bildirib.

Eyni zamanda Sivrice rayon bələdiyyəsinin sədri Turay Gündoğan bildirib ki, baş vermiş zəlzələ nəticəsində tələfat qeydə alınmayıb.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh