Daha bir təyyarə təcili eniş etdi

Gündəm 25 Yanvar 2020 14:00 Oxunub 938
Daha bir təyyarə təcili eniş etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə “İnterfaks” xəbər yayıb

Novosibirskdən Vyetnamın Kamran şəhərinə reys həyata keçirən Rusiyanın “S7 Airlines” aviaşirkətinə məxsus təyyarə səmada olarkən yaranan texniki nasazlıq səbəbindən aeroporta qayıdıb.

Bu barədə “İnterfaks” xəbər yayıb.

Məlumata görə, təyyarədə 168 sərnişin və heyət üzvü olub. Nasazlıq təyyarədə uçuşdan üç saat sonra qeydə alınıb.

 

Sərnişinlər daha sonra başqa təyyarə ilə yola salınıblar.

Baş verənlərə görə yoxlamalara başlanılıb.

Qeyd edək ki, bundan əvvəl də eyni marşrut üzrə reys həyata keçirmək istəyən təyyarədə fövqəladə hal yaşanmışdı. Belə ki, təyyarə işə düşərkən mühərrik alışmışdı. Göyərtədə həmin vaxt 180-dən artıq sərnişin var idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh