Bakı sakininə bıçaqla hədə-qorxu gəlinərək avtomobili əlindən alınıb

Gündəm 25 Yanvar 2020 18:45 Oxunub 735
Bakı sakininə bıçaqla hədə-qorxu gəlinərək avtomobili əlindən alınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır

Bakı sakininə bıçaqla hədə-qorxu gəlinərək avtomobili əlindən alınıb. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhər sakini E.Həmidov Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək yanvarın 22-də “Ford” markalı avtomobilinə oturmuş 3 nəfərin ona bıçaqla hədə-qorxu gələrək nəqliyyat vasitəsinin açarlarını aldıqlarını, borclu olduğu 1000 manatı geri qaytardıqdan sonra verəcəklərini bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Zülfüqarov və V.Əliyev müəyyən edilərək saxlanılıblar. Digər şəxsin tutulması üçün tədbirlər görülür.

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh