Daxili orqanında narkotik vasitə keçirmək istədi

Gündəm 25 Yanvar 2020 19:45 Oxunub 734
Daxili orqanında narkotik vasitə keçirmək istədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onunla şifahi sorğu-sual aparılıb.

Vətəndaş üzərində qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitələrin, psixotrop maddələrin olmadığını bildirib. Bundan sonra onun üzərində aparılan şəxsi yoxlama zamanı həkim müayinəsinə zərurət yarandığından vətəndaş müşayiət altında Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxanada rentgen müayinəsindən keçirilən vətəndaşın daxili orqanı - düz bağırsağından gömrük nəzarətindən gizlədilmiş 1 ədəd selofan bükümdə 112 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh