Taksi uçuruma yuvarlandı: 2 ölü, 1 ağır yaralı - FOTO

Gündəm 25 Yanvar 2020 20:00 Oxunub 822
Taksi uçuruma yuvarlandı: 2 ölü, 1 ağır yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis faktla bağlı araşdırmalara başlayıb

Türkiyənin Sivas vilayətində minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 25-də saat 15.30 radələrində Sivas-Kayseri avtomagistralının Taşlıdere istiqamətindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 61 yaşlı Tofiq Çiroğlunun idarə etdiyi 58 T 0397 qeydiyyat nömrə nişanlı taksi kimi fəaliyyət göstərən minik avtomobili, sürücünün idarəetməsindən çıxaraq uçuruma yuvarlanıb.

Nəticədə avtomobilin salonunda sərnişin qismində olan iki nəfər hadisə yerində dünyasını dəyişib. Sürücü isə ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh