Aviaşou öncəsi ağır qəza: 3 nəfər öldü, 1-i isə ağır yaralandı - VİDEO

Avtosfer TV 25 Yanvar 2020 20:15 Oxunub 1294
Aviaşou öncəsi ağır qəza: 3 nəfər öldü, 1-i isə ağır yaralandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır

Qvatemalada yüngül mühərrikli təyyarənin qəzaya uğrama görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident ötən gün Eskuintla şəhərində qeydə alınıb.

Məlumata görə, hava gəmisinin pilotu, aviaşou öncəsi təlim uçuşu keçirib və havada tryuk hərəkətləri etdikdən sonra idarəetməni itirərək yerə sərt eniş edib. Bunun ardınca da qarşısına çıxan bir neçə tamaşaçını vurub və sonra da gölə düşüb.

Bildirilir ki, hadisə nəticədə pilot və iki ABŞ vətəndaşı dünyasını dəyişib, daha bir uşaq, ağır yaralanaraq təcili xəstəxanaya çatdırılıb.

Aviasiya şousunun bu gün keçiriləcəyi planlaşdırılırdı, ancaq baş verən insidentdən sonra təxirə salınıb.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh