“VAZ” taxta-şalban daşıyan yük maşınının altına girdi: 4 nəfər dünyasını dəyişib - FOTO

Avtosfer Foto 25 Yanvar 2020 20:45 Oxunub 2845
“VAZ” taxta-şalban daşıyan yük maşınının altına girdi: 4 nəfər dünyasını dəyişib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Kostromsk əyalətində minik avtomobilinin və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Sudislavl – Qaliç – Çuxlom avtomagistralının Fedikovo kəndi yaxınlığında qeydə alınıb.

Məlumata görə, 22 yaşlı sürücünün idarə etdiyi “VAZ-2110” markalı minik avtomobili, yol kənarında park edilmiş taxta-şalban daşıyan “MAZ” markalı yük maşınının qoşqusuna arxadan çırpılıb. Zərbənin şiddətindən “VAZ-2110” yarıya kimi “MAZ”ın altına girib.

Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində vəfat ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh