AZAL: Tələbələr Naxçıvana gətirildikdən sonra xüsusi reyslə Bakıya çatdırılacaq

Gündəm 26 Yanvar 2020 10:45 Oxunub 838
AZAL:                               Tələbələr Naxçıvana gətirildikdən sonra xüsusi reyslə Bakıya çatdırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təxliyə olunmuş tələbələrin sayının 80 nəfər olacağı gözlənilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin təxliyəsi üçün tədbirlər görülür.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən  verilən məlumata görə, avtobusla Naxçıvana gətirildikdən sonra tələbələr “Azərbaycan Hava Yolları” tərəfindən xüsusi reyslə Bakıya çatdırılacaq.

Təxliyə olunmuş tələbələrin sayının 80 nəfər olacağı gözlənilir.

 

Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının rəhbərliyi məsələni diqqət mərkəzində saxlayır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh