“Boeing 777X” ilk sınaq uçuşunu həyata keçirib - VİDEO

Texnologiya 26 Yanvar 2020 11:30 Oxunub 1973
“Boeing 777X” ilk sınaq uçuşunu həyata keçirib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uçuşun müddəti 4 saat olub

Genişfüzelajlı “Boeing 777X” təyyarəsi ötən gün ilk sınaq uçuşunu həyata keçirib. Avtosfer.az xəbər verir ki, uçuşu və enişi Amerikanın “Boeing” korporasiyası öz saytında yayımlayıb.

Hava gəmisinin Vaşinqton səmasında uçuş müddəti 4 saat olub. Avialayner Everrett şəhəri kənarında yerləşən aeroportdan havaya qalxıb və Sietl hava limanına eniş edib.

Yayım zamanı “Boeing”in sınaq pilotlarından biri Ted Qreydi bildirib ki, marşrut bütün hava şərtlərinə uyğun hesablanaraq təşkil olunub.

Sınaqlar zamanı xüsusi avadanlığın köməkliyi ilə laynerin sisteminin işi barədə məlumatlar əldə olunub.

Qreyd, göyərtədə iki pilot olduğunu və onlar bu uçuş üçün planlaşdırılmış hər bir işi dəqiqliklə yerinə yetirdiklərini söyləyib.

O, həmçinin qeyd edib ki, təyyarənin sistemi ştat üzrə işləyib: “Sınaqlar davam etdirilir” – deyə əlavə edib.

Qarşıdakı sınaqlarda laynerin bortunda şirkətin mütəxəssisləri də iştirak edəcəklər.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh