Braziliyada baş verən güclü yağış və uçqunlarda 30 nəfər ölüb - FOTO

Gündəm 26 Yanvar 2020 12:30 Oxunub 996
Braziliyada baş verən güclü yağış və uçqunlarda 30 nəfər ölüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təbii fəlakət ştatın 36 bələdiyyə ərazisinə ziyan vurub

Braziliyanın Minas-Jeyras ştatının şərqində baş verən güclü yağışlar və uçqunlar səbəbindən 30 nəfər dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, bu barədə “G1” portalı məlumat verib.

Portalın məlumatına görə, insident zamanı 7 nəfər xəsarət alıb və 17 nəfər də itkin düşüb. Təbii fəlakət nəticəsində ümumilikdə 3,5 min insan zərər çəkib. Onlardan 2620 nəfəri evlərini tərk edib, daha 911-i isə evsiz qalıb. 

Yanvarın 23-dən başlayan leysan ştatın 36 bələdiyyə ərazisinə ziyan vurub.

Ölkənin Milli Meteoroloji Xidmətindən (Inmet) bildirilib ki, Minas-Jeyras ştatının Belu-Orizonti şəhərinə 110 il ərzində ilk dəfə rekord həddə 171,8 millimetr yağıntı düşüb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh