Tehrandan İstanbula uçan təyyarə qəza enişi edib

Gündəm 26 Yanvar 2020 13:00 Oxunub 870
Tehrandan İstanbula uçan təyyarə qəza enişi edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı xəsarət alanların olmadığı bildirilib

Yanvarın 25-də “Iran Air” aviaşirkətinə məxsus təyyarə qəza enişi edib. Avtosfer.az xəbər verir ki, bu barədə “Tansim” agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, Tehranın İmam Xomeyni adına Beynəlxalq aeroportundan İstanbul marşrutu ilə uçan sərnişin təyyarəsi, havaya qalxdıqdan bir neçə dəqiqə sonra texniki nasazlıq səbəbindən Mehrabad hava limanına eniş etmək məcburiyyətində qalıb.

İmam Xomeyni adına Beynəlxalq aeroportundan bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Laynerin göyərtəsində neçə nəfərin olduğu barədə məlumat verilmir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh