Türkiyədə bəzi avtobus firmaları zəlzələ bölgəsinə gedən sərnişinlərə qiymət endirimi edib

Gündəm 26 Yanvar 2020 14:00 Oxunub 1101
Türkiyədə bəzi avtobus firmaları zəlzələ bölgəsinə gedən sərnişinlərə qiymət endirimi edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
180 lirəlik biletlər 1-5 lirəyə satılır

Türkiyənin şərqində baş verən güclü zəlzələdən sonra bəzi avtobus firmaları o bölgəyə gedən sərnişinlər üçün endirim kompaniyasına başlayıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, biletlərin qiyməti 1-5 lirə arasında dəyişir.

Bildirilir ki, kompaniyanın müddəti iki gündür və verilən vaxt da bu gün sona çatır.

Kompaniyadan əvvəl İstanbuldan Elazığa getmək istəyən sərnişinlər 150-180 lirə arasında ödəniş edirdi.

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Elazığı və Malatyada 6,8 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində azı 31 nəfər ölüb, 1466-sı isə xəsarət alıb. Dağıntılar altında qalan 41 insan isə çıxarılıb. Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh