“Qırmızı”dan keçən “Volkswagen” əvvəlcə “Nissan”la toqquşdu, sonra isə... - VİDEO

Avtosfer TV 26 Yanvar 2020 15:15 Oxunub 1504
“Qırmızı”dan keçən “Volkswagen” əvvəlcə “Nissan”la toqquşdu, sonra isə... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb

Rusiyanın Sankt-Peterburq şəhərində iki minik avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 26-da səhər saatlarında iki prospektin kəsişməsində qeydə alınıb.

Kadrlarda, hərəkətdə olan “Volkswagen Polo” markalı minik avtomobilinin svetoforun qırmızı işığından keçdiyi və digər yoldan sürətlə idarə olunan “Nissan”la toqquşduğu görülür.

Zərbənin şiddətindən idarəetmədən çıxan “Volkswagen”,  əvvəlcə piyadanı vurur sonra isə dirəyə çırpılır. 

Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində 19 yaşlı piyada və “Polo”nun 49 yaşlı sərnişini yaralanaraq xəstəxanaya çatdırılıblar.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh