Türkiyədə tur avtobusu minik maşınına çırpıldı: 26 nəfər xəsarət aldı - FOTO

Qəzalar 26 Yanvar 2020 17:00 Oxunub 3027
Türkiyədə tur avtobusu minik maşınına çırpıldı: 26 nəfər xəsarət aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi aşıb

Türkiyənin Kahramanmaraş vilayətində tur avtobusunun və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, hadisə Dulkadiroğlu rayonu ərazisindən keçən magistral yolda qeydə alınıb.

Məlumata görə, Adandan Yeddiquyular istirahət mərkəzinə gedən turistlərin olduğu 35 ABK 200 qeydiyyat nömrə nişanlı tur avtobusu, döngəli yolda əyləcində yaranmış nasazlıq səbəbindən idarəetmədən çıxıb və qarşısında hərəkətdə olan 27 ACP 235 qeydiyyat nişanlı minik avtomobilinə arxadan çırpılıb. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi aşıb.

İlkin ehtimallara görə, qəza nəticəsində ümumilikdə 26 nəfər xəsarət alıb. Yaralılar, qəza yerinə çağırılan ambullansların köməkliyi ilə rayon ərazisində yerləşən xəstəxanalara çatdırılıblar.

Polis faktla bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

 

Tur midibüsü, otomobile çarptı: 26 yaralı

Tur midibüsü, otomobile çarptı: 26 yaralı

Tur midibüsü, otomobile çarptı: 26 yaralı

Tur midibüsü, otomobile çarptı: 26 yaralı

Tur midibüsü, otomobile çarptı: 26 yaralı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh