Uçuş zamanı yanan təyyarə İranda eniş edib
Gündəm
26 Yanvar 2020 23:15
Oxunub 938
Pilotlar təyyarəni uğurla endirə biliblər
Uçuş zamanı yanmağa başlayan təyyarə İranda təcili eniş etməli olub. Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Yanğın Qorqandan Tehrana uçan laynerin bortunda başlayıb. İlkin ehtimala görə, təyyarənin motorlarından biri yanıb.
Pilotlar təyyarəni uğurla endirə biliblər. Təcili eniş zamanı xəsarət alan olmayıb.
Hələlik təyyarənin məxsus olduğu aviakompaniya və laynerdə olanların sayı ilə bağlı məlumat verilmir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR