Yük maşını yolda belə təhlükə saçdı - VİDEO

Gündəm 27 Yanvar 2020 01:15 Oxunub 1215
Yük maşını yolda belə təhlükə saçdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin üzərindən hansısa ot bağlamasının yola düşməsi hər an ciddi qəzaya səbəb ola bilər

Yolun ortası ilə gedən və böyük həcmdə ot bağlamaları daşıyan yük maşını digər sürücülər üçün təhlükə yaradıb. Hadisə Abşeron rayonu Xocahəsən qəəbəsində qeydə alınıb. Məsələyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi də münasibət bildirib...

Yolun ortası ilə gedir və üzərindəki ot bağlamaları demək olar ki, yolu tamamilə bağlayıb.

Bundan əlavə yükün üzərində əlavə işıqqaytarıcılar da olmadığından uzaq məsafədən maşının üzərindəki yükü görmək də olmur.

Qabaritindən artıq yük götürən bu avtomobilin sürücüsü həm özü üçün, həm də yol hərəkətinin digər iştirakçıları üçün ciddi təhlükə yaradır. Avtomobilin üzərindən hansısa ot bağlamasının yola düşməsi hər an ciddi qəzaya səbəb ola bilər.Görüntülər Abşeron rayon Xocahəsən qəsəbəsində çəkilərək "Xəzər Xəbər"in whatsapp nömrəsinə göndərilib.

Sürücülər bildirir ki, bu cür avtomobil idarə etmək ciddi təhlükə yaradır.

Məsələyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da münasibət bildirib. Onun sözlərinə görə avtomobilin həmin vəziyyətdə idarə edilməsi tamamilə qanuna ziddir və maşının dövlət nömrə nişanını müəyyən etmək mümkün olarsa sürücü barəsində dərhal inzibati tədbir görüləcək. Vaqif Əsədovun sözlərinə görə günün qaranlıq vaxtı bu cür böyük yüklə hərəkət etmək gündüzlə müqayisədə daha böyük təhlükə mənbəyi hesab edilir. Belə sürücüləri 40 manat miqdarında cərimə gözləyir

Gültən Qədirli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh