Çində koronovirusdan ölənlərin sayı 80 nəfərə çatıb

Gündəm 27 Yanvar 2020 07:51 Oxunub 729
Çində koronovirusdan ölənlərin sayı 80 nəfərə çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq turizm agentləri vasitəsilə xaricə aviabiletlər almaq və xaricdə otel sifariş etmək mümkün olmayacaq

Çində koronavirusun indiyədək müəyyən olunmamış növündən (2019-nCoV) ölənlərin sayı 80 nəfərə çatıb, yoluxanların sayı 2,4 min nəfəri ötüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, koronavirusa ən çox yoluxma və ölüm halları virusun aşkarlandığı Xubey vilayətində qeydə alınıb. Pekində 68 nəfərin, Rusiya ilə sərhəddə yerləşən Xeyluntsyan vilayətində 16 nəfərin virusa yoluxması təsdiqlənib. Onlardan biri dünyasını dəyişib. Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xaricə qrup turist səfərlərinin yanvarın 27-dən dayandırılmasına qərar verib. Artıq turizm agentləri vasitəsilə xaricə aviabiletlər almaq və xaricdə otel sifariş etmək mümkün olmayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh