Bakı-Salyan yolunda 2 avtomobil toqquşdu: xəsarət alan var - VİDEO

Gündəm 27 Yanvar 2020 07:56 Oxunub 889
Bakı-Salyan yolunda 2 avtomobil toqquşdu: xəsarət alan var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin təfərrüatı araşdırılır

Bakının Səbail rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-nın xəbərinə görə, qəza Bakı-Salyan magistralında qeydə alınıb. Bəhruz Nəcəfli etiraf edib ki, idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçmək istəyib. Bu zaman onun avtomobili işıqforun qırmızı işığında dayanmış Məhərrəm Hüseynlinin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı M.Hüseynli xəsarət alıb. Əraziyə Səbail Rayon DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh