Əfsanəvi basketbolçu və 13 yaşlı qızı vertolyot qəzasında həlak oldular – VİDEO

Avtosfer Foto 27 Yanvar 2020 08:23 Oxunub 1882
Əfsanəvi basketbolçu və 13 yaşlı qızı vertolyot qəzasında həlak oldular – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı daha 7 nəfər dünyasını dəyişib

ABŞ-da 2 qat olimpiya və Milli Basketbol Assosiasiyasının (MBA) 5 qat çempionu əfsanəvi oyunçu Kobi Brayant vertolyot qəzasında 41 yaşında dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, basketbolçunun şəxsi helikopteri Los-Anceles yaxınlığında yanvarın 26-da səhər saatlarında qəzaya uğrayıb. Bu barədə Kaliforniya ştatının Kalabasas şəhərinin “Twitter” səhifəsində məlumat verilib.

Məlumata görə, vertolyotun göyərtəsində pilot, Kobi Brayant, onun 13 yaşlı qızı Djianna və daha 6 nəfər olub. Qəza zamanı onların hamısı həlak olub. Hava gəmisinin düşdüyü yerdə başqa xəsarət alan olmayıb.

ABŞ-ın federal mülki aviasiya idarəsi və Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şurası faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh