Yol polisinin məhəlləyə girməsinə RƏSMİ MÜNASİBƏT - VİDEO

Yol polisi 27 Yanvar 2020 11:30 Oxunub 1545
Yol polisinin məhəlləyə girməsinə RƏSMİ MÜNASİBƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib

Sosial şəbəkələrdə Bakının Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı yayılan iddialar araşdırılıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbut Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev oxu.az-a bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşayiət olunan “Mercedes” markalı avtomobilə Binəqədi DYPŞ əməkdaşları “saxla” işarəsi veriblər. Sürücü yol polisinin qanunu tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib.

Qanunvericiliyə uyğun olaraq, avtomobil saxlanılıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib. O, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub. O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib. DYP əməkdaşları qətiyyət göstərərək qanunvericiliyə uyğun olaraq, öz vəzifələrini icra ediblər.

 

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh