Kolumbiyada avtobus uçuruma yuvarlandı: azı 4 ölü, 15 yaralı - FOTO

Qəzalar 27 Yanvar 2020 11:50 Oxunub 986
Kolumbiyada avtobus uçuruma yuvarlandı: azı 4 ölü, 15 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır

Kolumbiyanın mərkəzində avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident Kalıdas departamentinin Salamina bələdiyyəsi ərazisində qeydə alınıb. Bu barədə yanvarın 26-da yerli “El Tiempo” qəzeti məlumat verib.

Nəşrin məlumatına görə, “Arauca” şirkətinə məxsus Aguadas - Manizales marşrutu ilə hərəkətdə olan sərnişin avtobus, naməluma səbəblərdən idarəetmədən çıxaraq 100 metr hündürlükdən uçuruma yuvarlanıb.

Nəticədə azı 4 nəfər ölüb, daha 15-i xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh