Kiçik qayda pozuntusu və üç nəfərin öldüyü böyük faciə - VİDEO

Qaydalar 27 Yanvar 2020 12:50 Oxunub 1700
Kiçik qayda pozuntusu və üç nəfərin öldüyü böyük faciə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötmə qadağan olunan yerdə ötməyə cəhd etməyin

İsmayıllı-Muğanlı yolunun Bilzan kəndindən keçən hissəsində avtobusla minik avtomobilinin iştirakı ilə baş verən qəzanın yeni videoları yayılıb. Avtosfer.az xəbər verir ki, həmin yolda hər istiqamət üçün bir zolaq təşkil olunduğu üçün yolun təhlükəli sahələrinə ötməni və manveri qadağan etmək üçün 1.1 xətti çəkilib. Lakin intizamsız sürücülər həmin xəttin tələbini pozaraq əks istiqamətə çıxırlar. Bu cür sürücülər həmin ərazidə xidmət aparan yol polislərinin işini qınayaraq avtomobilləri lazımsız olaraq saxladıqlarını bildirirdilər. Lakin baş verən qəza bir daha sübut edir ki, polis həmin ərazidə qayda pozan sürücülərə cərimə yazmağa görə yox, sırf təhlükəsizliyi təmin etmək üçün dayandırıb məsuliyyətə cəlb edirlər. 

İstismar müddətini başa vurmuş, texniki cəhətdən nasaz olan avtomobillə qayda pozan zaman təhlükə iki dəfə artmış olur. Çünki bu tip avtomobillərlə qəzadan yayınmaq da olmur. Qəza nəticəsində isə ölüm insanın bir addımlığında olur. Müasir avtomobillərdən fərqli olaraq "Vaz" markalı avtomobilin təhlükəsizlik elementləri aşağı səviyyədə olduğu üçün qəza nəticəsində sağ qalmaq bir çox hallarda qeyri-mümkün olur. 

Sürücülərə bir daha tövsiyə edirik ki, ötmənin qadağan olunmuş sahələrində, sərt döngələrdə, yoxuşların sonunda, görünməyən sahələrdə və məhdud görünmə şəraitində qanunun tələblərinə ciddi şəkildə riayət edərək qaydaları pozmasınlar. 

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh