AZAL Çinə uçuşları müvəqqəti dayandırır

Gündəm 27 Yanvar 2020 12:55 Oxunub 764
AZAL Çinə uçuşları müvəqqəti dayandırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səbəb Çində qeyd olunacaq bayramlarla əlaqədar aviareyslərə tələbatın aşağı düşməsidir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) hər il olduğu kimi, bu il də Bakıdan Çinin paytaxtı Pekinə həyata keçirdiyi uçuşları müvəqqəti dayandıracaq.

Bu barədə  AZAL-dan bildirilib. 

Məlumata görə, fasiləyə səbəb Çində qeyd olunacaq bayramlarla əlaqədar aviareyslərə tələbatın aşağı düşməsidir. Odur ki, martın 8-nə qədər Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həyata keçirilməyəcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh