Səkidə maşın satanlar hamının yolunu kəsdi - FOTO - VİDEO

Qaydalar 27 Yanvar 2020 13:10 Oxunub 1908
Səkidə maşın satanlar hamının yolunu kəsdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlər BNA-dan həmin avtomobillərin təxliyyə olunmasını istəyir

Bakının Yasamal rayonu Mikayıl Müşfiq və Ələsgər Ələkbərov küçələrinin kəşisməsində  avtomobillər piyadaların yolunu kəsib. Bu barədə həmin küçənin sakinləri redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, göndərilən foto və videodan aydın şəkildə görünür ki, park edilən avtomobillər uşaq və əlil arabası ilə hərəkət edən piyadaların yolunu konkret olaraq kəsib. Sakinlər aidiyyəti qurumlardan həmin avtomobil sahiblərinə qarşı sərt addımlar atılmasını xahiş edir. 

Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları park edilmiş avtomobilləri oradan götürərək zəbt olunmuş səkini təmizləyəcəklər.

 

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh