Avtobusda qadının 2180 manatı oğurlanıb - Mingəçevirdə

Gündəm 27 Yanvar 2020 13:20 Oxunub 656
Avtobusda qadının 2180 manatı oğurlanıb - Mingəçevirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Həsənova saxlanılıb

Mingəçevirdə avtobusda qadının 2180 manatı oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ)yanvarın 7-də şəhər ərazisində xətt avtobusunda Bakı şəhər sakini T.Cəfərovanın içərisində 2180 manat olan çantasının oğurlanması barədə məlumat daxil olub.

Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənova Yevlax şəhərinin ərazisində saxlanılıb. Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh