Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb

Qəzalar 27 Yanvar 2020 14:29 Oxunub 973
Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarə göyərtəsində 83 nəfərin olduğu ehtimal edilir

Əfqanıstanda “Afghan Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 27-də Qəzni əyalətinin Dih-Yak mahalında baş verib. Bu barədə “Ariana News” agentliyi məlumat yayıb.

“TOLOnews” kanalının məlumatına görə, hava gəmisinin göyərtəsində 83 nəfərin olduğu ehtimal edilir. Layner Herat-Kabilə reysi ilə uçurmuş.

Bildirilir ki, təyyarə "Taliban" radikal hərəkatının nəzarət etdiyi ərazidə düşüb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh