Qayda pozan sürücünü saxlamaq istəyən polisi “Kamaz” vurdu - VİDEO

Avtosfer TV 27 Yanvar 2020 15:15 Oxunub 2443
Qayda pozan sürücünü saxlamaq istəyən polisi “Kamaz” vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Asayiş keşikçisi reanimasiya şöbəsinə yerləşdirilib

Rusiyanın Xantı-Mansiyski Muxtar Dairəsində qayda pozan avtomobili saxlayan polis əməkdaşını qar təmizləyən maşın vurub. Avtosfer.az xəbər verir ki, insident yanvarın 26-da Surqut – Nijnevartovsk avtomagistralının 189-cu kilometrliyində baş verib.

Rusiyanın Daxili İşlər Nazirliyinin Regional İdarəsindən bildiriblər ki, ərazidə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları, yolun əks istiqamətində yüksək sürətlə “Mercedes-Benz” markalı avtomobilin hərəkətdə olduğunu görüblər. Bundan sonra sürücünü saxlamaq məqsədi ilə yolu keçməyə çalışan polis inspektorunu “Kamaz” markalı qar təmizləyən maşın vurub. Zərbənin şiddətindən asayiş keşikçisi bir neçə metrə havada uçaraq yerə düşüb.

Nəticədə o, ağır xəsarətlər alıb. Yaralı, hadisə yerinə çağırılan “təcili tibbi yardım” briqadasının maşını ilə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh