Avtosfer.az | Reklam
İngilislər Bakıda növbəti monitorinq keçiriblər - FOTO
Gündəm 27 Yanvar 2020 15:54 229 dəfə oxunub
İngilislər Bakıda növbəti monitorinq keçiriblər - FOTO
Yaxın vaxtlatda digər rayonlar da bu layihəyə qoşulacaq

Ötən ilin iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına həyata keçirilir. Görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Vətəndaşlarla aparılan maarifləndirici tədbirləri öz bəhrəsini verməkdədir. Nərimanov rayonunda yaradılan 400 ədəd konteyner meydançasında  tələbata uyğun miqdarda yeni, müasir  konteynerlər yerləşdirilrb. Sanitar-gigiyena tələblərinə uyğun  mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzində növbəti dəfə Bakıya ezam olunmuş Mott MacDonald şirkətinın nümayəndəsi - Tullantı Menecmenti məsləhətçisi Nik Wilson ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində ötən müddət ərzində görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Bildirildi ki, tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsi vacib məsələ olduğundan hər 2-3 aydan bir bu prossesin təkrarlanması aparılır. Onun bu gəlişi ötən ilin nəticələrini araşdırmaq, növbəti mərhələyə hazırlıqdır. Mott MacDonald şirkətinın nümayəndəsi kommunal xidmətlərin işini yüksək qiymətləndirərək layihənin müvəffəqiyyətlə həyata keçirilməsini qeyd etdi və yaxın vaxtlatda digər rayonların da bu layihəyə qoşulacağını bildirdi.
Layihənin həyata keçirildiyi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birlitinin rəisi Elçin Həşimov bildirmişdir ki, əgər layihənin icrasinin ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb. Iyul ayından bu günə kimi artıq 11 monitorinq keçirilmiş və hər dəfə müsbət irəliləyişlər qeydə alınmışdır. Bu ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Yasamal və Nəsimi, sonrakı illərdə isə digər rayonların da  mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutultur.
Bildirildi ki, bu gün ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlərin alınmasına başlanılmıç dekabrın sonunda Almaniya istehsalı olan xüsusi təyinaylı avto nəqliyyat vasitələrinin ilk  5 ədədi Bakıya gətirılib, fevral ayında daha 27 ədəd nəqliyyat vasitəsi gətiriləcək.
Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, əl əməyindən istifadəni azaldacaq, kommunal xidmətlərin mövcud avtopatkınin yeniləşməsinə səbəb olacaq. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.
Ümumiikdə isə nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq,  ətraf mühitə böyük müsbət təsir göstərərək həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək.
 

 

Fidan

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh