Bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı avtobus sürücüsü tutuldu- RƏSMİ

Qaydalar 27 Yanvar 2020 16:05 Oxunub 1624
Bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı avtobus sürücüsü tutuldu- RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) turistlərin düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb. DİN-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mercedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşıb. Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölüb, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirib. Xəsarət alan Aysu xəstəxanada ölüb. Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh