Polis əməliyyat keçirdi: saxlanılanlar var

Gündəm 27 Yanvar 2020 16:10 Oxunub 992
Polis əməliyyat keçirdi: saxlanılanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakıda evlərdən oğurluq edilib. DİN-nin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Nəsimi rayonu ərazisindəki evlərin birindən 250 manat, 250 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş - T.Cəfərov və Sabirabad rayon sakini P.Quliyev saxlanılıblar. T.Cəfərovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Qax rayon sakini S.Mürsəlov və digər bir nəfərlə birgə Binəqədi rayonu ərazisindəki bir evdən televizor oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə S.Mürsəlov da saxlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh